Yuxarı

Alman mediası Mahirdən yazdı: Raket yenidən işə düşdü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman mediası Mahirdən yazdı: Raket yenidən işə düşdü

Futbol üzrə Almaniya çempionatının ikinci liqasında (Bundesliqa-2) çıxış edən “Nürnberq” klubunun sonuncu turda “Kayzerlautern” üzərində 2:1 hesablı qələbə qazandığı oyunda azərbaycanlı hücumçu Mahir Emrelinin inamlı oyunu və vurduğu möhtəşəm qol medianın diqqət mərkəzində saxlanılıb.

Axar.az xəbər verir ki, “Bild” qəzetində yayımlanan məqalədə Mahir Emrelinin uzun fasilədən sonra ilk qolunu vurduğunu və bu qələbənin komanda üçün son dərəcə əhəmiyyətli olduğu qeyd edilib. Qəzet M.Emrelinin əvvəlki çətinliklərinə baxmayaraq, komandanın ehtiyaclarına cavab verdiyini və bu performansının gələcəkdə də faydalı ola biləcəyini vurğulayıb.

Futbolçu qəzetə açıqlamasında “Kaiserslautern”ə qarşı qazandıqları qələbənin komandasına daha çox inam qazandıracağını və növbəti matçlara daha hazırlıqlı çıxacaqlarını qeyd edib. O, komandasının doğru mental hazırlığa sahib olduğu təqdirdə liqada hər hansı rəqibi məğlub edə biləcəyinə inandığını ifadə edib.

“Clubfokus” platforması isə M.Emrelinin verdiyi vədlərə sadiq qalaraq, oyunda göstərdiyi performansla tənqidçilərə cavab verdiyini bildirib. Məqalədə M.Emrelinin sosial mediada ona yönələn tənqidlərə baxmayaraq, sakit və peşəkar şəkildə çalışaraq, komandasına faydalı olduğunu sübut etdiyi vurğulanıb:

“Bu performans Emrelinin komanda üçün nə qədər dəyərli bir oyunçu olduğunu və gələcəkdə də onun potensialından necə faydalanıla biləcəyini göstərir”.

“Nürnberger Nachrichten” (nn.de) nəşri isə “Raket yenidən işə düşdü” başlığı ilə təqdim etdiyi yazıda futbolçunun fəallığını və əzmkarlığını ön plana çəkib. Məqalədə M.Emrelinin həm hücumda, həm də müdafiədə göstərdiyi səylər və komanda üçün nə qədər vacib oyunçu olduğu vurğulanıb.

Tarix
2025.04.16 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla