Yuxarı

Əliyevin mükafat verdiyi erməni: "Bakıya getməyim..." - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin mükafat verdiyi erməni: "Bakıya getməyim..." - Video

Gevorq Manukyan iki ölkə arasındakı münasibətlərdən qorxub.

Ukrayna yığmasının boksçusu Gevorq Manukyan Bakıda iyunun 16-dan 25-nə qədər keçiriləcək lisenziyalı olimpiya turnirində iştirak etməyəcək. ANS-in məlumatına görə, erməni əsilli boksçu Azərbaycan ilə Ermənistan arasındakı müharibə şəraiti ilə bağlı bu qərara gəldiyini deyib.

"Bakıda keçirilən lisenziyalı turnirə gəldikdə, mən ora getmirəm. Erməni əsilliyəm, Azərbaycan isə hazırda Ermənistanla müharibə şəraitindədir, ona görə də Azərbaycana getməyim alınmır. Amma mən Venesuelaya gedəcəm. Orada çalışacam ki, WSB/APB-ya vəsiqə qazanam".

Maraqlıdır ki, ötən il Bakıda keçirilən 2015-ci ildə Avropa Oyunlarında çıxış edən, hətta medalını ölkə prezidentindən alan erməni idmançının belə çıxışı məntiqsizlikdən başqa heç nə deyil.

Ukraynanı təmsil edən və gümüş medal qazanan erməni əsilli Gevorq Manukyanın kürsüyə çıxması tamaşaçıların bir qədər etirazı ilə qarşılanır. Amma Manukyanı tolerantlıq göstərrəək şəxsən mükafatlandıran Prezident İlham Əliyev izdihamı elə bir hərəkətilə sakitləşdirməyi bacarmışdı.

Prezident əl işarəsi ilə tamaşaçılara öz razılığını bildirmişdi. Manukyan da öz növbəsində İlham Əliyevə təşəkkür etməyi unutmamışdı.

Azərbaycan isə hər zaman ölkədə beynəlxalq yarışlarda iştirak edən idmançıların təhlükəsizliyinə zəmanət verib.

Bir müddət əvvəl boks üzrə Ermənistan yığmasının Bakıya gəlməyəcəyi də dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya təsnifat turnirində Ermənistan yığması iştirak etməyəcək. Bu ölkənin adı Beynalxalq Boks Federasiyasının siyahısında yoxdur.

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək. Bu növdə sonuncu lisenziya yarışı "Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunacaq. Bu turnirdə yalnız kişi boksçular iştirak edəcək.

Tarix
2016.06.09 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla