Yuxarı

İstəyirəm ki, "Qarabağ" müstəqil olsun - Gözəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstəyirəm ki, "Qarabağ" müstəqil olsun - Gözəl

İstəyirəm ki, "Qarabağ" maliyyə baxımından azad olsun.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanını Azərbaycan Premyer Liqasında çempion olması münasibəti ilə keçirilən mərasimdə deyib.

O, ilk olaraq 28 May - Müstəqillik günü və Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təbrik edib. Daha sonra klubun mərhum fəxri prezidenti, atası Abdulbari Gözəllə bağlı xatirələrini bölüşüb.

Tahir Gözəl "Qarabağ" klubunun dünyada ən gözəl ad olduğunu bildirib:

"Digər komandalar bizi bağışlasınlar. "Qarabağ"ın rəngləri, tarixi, əziyyətlərimiz... Hər zaman komandamız qol vuranda bir tərəfimiz sevinirdisə, digər tərəfi ağlayırdı. İndi nə yaxşı ki, tam gülə bilirik".

O, növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunmasını uzunmüddətli perspektiv baxımından dəstəkləmədiyini bildirib:

"Növbəti mövsüm 12 klubun olması xoş xəbərdir. Demək ki, rayonlarımızda futbol inkişaf edəcək. Limitin ləğvi qısa müddətdə bizə kömək edəcək. Amma uzun müddət üçün Azərbaycan futboluna xeyri olmayacaq. "Qarabağ"ın həmişə öz dəst-xəti var. Öz yetirmələrimizi buraxmayacağıq".

Gözəl "Qarabağ"ın maliyyə baxımından azad olmasını istədiyini söyləyib:

"Sponsor hər zaman lazımdır. Hər futbol klubun arxasında sponsor durur. Amma istəyirəm ki, "Qarabağ" müstəqil olsun, sponsordan isə dəstək alsın. Hesab edirəm ki, buraya yaxınlaşmışıq. Klub UEFA-dan əldə edilən gəlirlə, sponsora "mənim gücüm var" deyir. Bu, mənim ən böyük arzum idi".

Tarix
2025.05.30 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla