Yuxarı

Bakı trası olduqca maraqlı görünür - Fettel

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər trası tamamilə yenidir və olduqca maraqlı görünür.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Formula 1-in "Ferrari" komandasının pilotu Sebastyan Fettel deyib.

Onun sözlərinə görə, 8-ci döngədən başlayan sahə və köhnə şəhərin ətrafı xüsusilə maraqlıdır.

Pilot qeyd edib ki, Bakıda yarış zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan hər şey var.

Qeyd edək ki, sabah Bakıda Formula-1 üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start veriləcək.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Tarix
2016.06.16 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla