Yuxarı

Qurban Qurbanov "Qarabağ"ın 5 qol buraxmasından danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Qurbanov "Qarabağ"ın 5 qol buraxmasından danışdı

Çox yaxşı oyun alındı. Komandalar iki heyət oynatdı.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Ukrayna “Metallist”inə 4:5 hesabı ilə uduzduqları ilk yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

53 yaşlı mütəxəssisin sözlərinə görə, futbolçuları hələ optimal formadan uzaqdırlar. O, rəqibin daha yaxşı hazırlıqlı göründüyünü bildirib:

"Bizi daha sürətli oynamağa məcbur etdilər. Dinamik mübarizə oldu. Bu, onların üçüncü oyunu idi. Komandamızda həm yaxşı, həm də çatışmayan cəhətlər gördüm. Yaxşı cəhət o oldu ki, 5 qol buraxmağımıza baxmayaraq, futbolçular sona kimi mübarizədən əl çəkmədilər. Artıq qarşıdakı matçlara hazırlaşacağıq. Oyun quruculuğunda çatışmazlığımız var. Bunu qaydasına salmağa çalışacağıq. Ümumilikdə komandamdan razı qaldım”.

Baş məşqçi Avstriya toplanışının geridə qalan dönəmi barədə də fikirlərini bölüşüb:

“Avstriyadakı ilk 5 günü yaxşı dəyərləndirirəm. Düzdür, futbolçularda biz az yorğunluq var idi, yüklənmə çox olmuşdu. Buna baxmayaraq, hamı həvəslə, məsuliyyətlə hazırlaşır. Bugünkü oyunun nəticəsindən razı qalmasam da, proqramımızın gedişatından məmnunam”.

Tarix
2025.07.08 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla