Yuxarı

Baş bankirlə görüşdüm, mənimlə eyni mövqedədir - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş bankirlə görüşdüm, mənimlə eyni mövqedədir - İqtisadçı

Oktyabrın 22-də Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun dəvəti ilə MB-da bir qrup iqtisadçı ilə görüşdə iştirak etdim. Əvvəl onu qeyd edim ki, vacib dövlət qurumu olan AMB-nin ekspertlərlə görüşü artıq ənənəyə çevrilib və bu, digər hökumət qurumları üçün də örnək olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, təqribən 3 saata yaxın davam edən görüşdə müxtəlif məsələlər ətrafında açıq müzakirələr olub:

“Həmkarlarımın qaldırdığı problemlərin bir çoxu hökumətin işi ilə bağlı idi, Mərkəzi Bankın səlahiyyətlərini aşırdı, sadəcə, hökumət qurumları açıq söhbətdən qaçırlar deyə, məcburən dövlət qurumuna iradlarımızı bildirdik.

Mənim üçün iki önəmli məsələ oldu, onları qeyd edim:

1) Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tədbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır.

İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı, 500 min manat olmalıdır. Xatırlayırsınızsa, bu problemi illərdir qaldırıram, kiçik sahibkarlara dəstək olmağa çalışıram, xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir.

2) Mərkəzi Bank ölkədə ÜDM-ın artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Mən onu da əlavə edim ki, indiki iqtisadi sistem o qədər primitivdir ki, AMB-nin iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Deməli, məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz regulyativ funksiyalarını effektiv yerinə yetirə bilsin.

Mərkəzi Bank tənqidlərə, təkliflərə açıqdır, bu, təqdir olunmalı yanaşmadır, amma məsələ budur ki, MB dövlət qurumu olaraq elə özü də hökumətin sistemdaxili tənqidçisinə çevrilməlidir, bax, bu hələ ki, baş vermir”.

Tarix
2025.10.23 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla