Yuxarı

Bakıda evlər ucuzlaşacaq – Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evlər ucuzlaşacaq – Proqnoz

2016-ci ilin sonunadək Bakıda daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyini gözləməyə dəyməz.

Axar.az xəbər verir ki, bunu MBA Qrup konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında qiymətlərin ciddi dəyişikliyi üçün zəmin yoxdur:

"Lakin 2017-ci ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində müsbət dəyişikliklər gözləmək lazımdır. Xüsusilə ucuz mənzil seqmentində, daşınmaz əmlakın dəyərinə müsbət təsir göstərəcək sosial mənzil tikintisini nəzərdə tuturam".

Ekspertin fikrincə, 2016-ci ildə sosial mənzil tikintisi ilə bağlı hazırlıq işləri aparılacaq:

"Bazarın monitorinqi aparılacaq, belə mənzillərin alınması, şərait və sair izah ediləcək, tikintinin özü isə bilavasitə gələn ilin əvvəlində başlayacaq".

Daşınmaz əmlak bazarında mövcud vəziyyətə gəlincə, MBA Qrupun başçısının sözlərinə görə, iyun ayında daşınmaz əmlakın dəyəri may ayı ilə müqayisədə orta hesabla 1,95 faiz azalıb:

"Ən çox azalma əvvəlki aylarda olduğu kimi, kommersiya obyektləri bazarında - 4,55 faiz müşahidə olunub. Mənzillərin qiyməti ilkin bazarda 1,1 faiz , təkrar bazarda isə 2,72 faiz azalıb".

Trend-in məlumatına görə, ekspert yay fəslinin də qiymətələrə təsir göstərdiyini deyib:

"Ənənəvi olaraq yay aylarında mənzil ucuzlaşır, çünki bu dövr "ölmüş mövsüm" sayılır. Belə ki, iyunda aktivlik 1,7 faiz azalıb. Daşınmaz əmlakın qiymətinin artması adətən martdan iyunadək, eləcə də payızda baş verir".

Tarix
2016.07.31 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla