Yuxarı

Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər... - Samir Şərifov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi ilə 2040-cı ilə qədər... - Samir Şərifov

Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, 2040-cı ilə qədər 865 min TEU həcmində yük axınını təmin etmək potensialına malikdir.

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Dubayda (BƏƏ) keçirilən Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş "Yeni İpək Yolu" Forumunda bildirib.

O, nitqində Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsindəki rolunun qlobal təchizat zənciri, o cümlədən "Bir Kəmər, Bir Yol" təşəbbüsü, Orta Dəhliz üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, ötən il Orta Dəhlizlə yükdaşımalar 11%, Şimal-Cənub dəhlizi ilə isə 12% artıb.

S.Şərifov Bakı-Tiflis-Qars dəmir yolu xəttinin modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyətinin 5 milyon tona çatdırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün isə 25 milyon tona qədər artırılmasının hədəfləndiyini diqqətə çatdırıb. O, xüsusilə vurğulayıb ki, ötən il Bakı Limanında aşırılmış konteynerlərin (TEU) sayı əvvəlki illə müqayisədə 40% artaraq 107 mini keçib.

S.Şərifov həmçinin Vaşinqtonda (ABŞ) əldə olunmuş üçtərəfli razılaşmaya əsasən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) kimi tanınan Zəngəzur dəhlizinin strateji önəmindən bəhs edib.

Yekunda Baş nazirin müavini sərhəd keçidlərinin rəqəmsallaşdırılması və gömrük proseduralarının harmonizasiyası istiqamətində beynəlxalq əməkdaşlığın, xüsusilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında kordinasiyanın vacibliyini qeyd edərək, tərəfdaş ölkələri birgə fəaliyyətə çağırıb.

Tarix
2026.02.05 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla