Yuxarı

Neftin qiyməti qalxacaq – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairdə neft hasilatının dondurulması ilə bağlı keçiriləcək forum birjalara informativ baxımdan müsbət təsir edir.

Bu barədə Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. İqtisadçı ekspert neftin yaxın müddətdə bahalaşacağını bildirib:

"Bu ilin əvvəlində yekun anlaşma olmasa da, hasilatın dondurulması ilə bağlı keçirilən ilk görüş nəticəsində neftin qiyməti dünya bazarında 30 faiz artdı. Hazırda bu məsələ yenidən gündəmə gəlib və neftin qiyməti 50 dollar ətrafında cərəyan edir. Yəni bu, birjalara informativ baxımdan müsbət təsir edir. Hesab edirəm ki, yaxın 1 aydan da artıq dövrdə neftin qiyməti 50-55 dollar diapazonunda dəyişəcək. Yəni neftin qiyməti artıma doğru gedəcək. Neft hasilatçısı olan ölkələrin yüksək vəzifəli rəsmilərinin açıqlamaları da bu mənada birjalara öz təsirini göstərəcək. Söhbət 50-55 civarında gözlənilən korreksiyalardan gedir. Ancaq bu o demək deyil ki, bazar iştirakçılarının əhval-ruhiyyəsini yaxşılaşdıracaq bir şərait yaranacaq. Güman etmirəm ki, Əlcəzairdə hasilatın dondurulması ilə bağlı yeni qərar olacaq. Çünki bazarda 50-dən yuxarı qiymət formalaşırsa, bu, indiki şəraitdə həm hasilatçılar, həm də istehlakçılar üçün komfortlu bir qiymətdir".

Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə neft hasilatının "dondurulması" ilə bağlı beynəlxalq enerji forumu keçiriləcək.

Tarix
2016.08.30 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla