Yuxarı

Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı

Avropa Mərkəzi Bankı 2023-cü ilin sentyabrından sonra ilk dəfə əsas faiz dərəcəsini artırıb.

Axar.az xəbər verir ki, bankın rəhbər şurasının qərarına əsasən, faiz dərəcəsi 0,25 faiz bəndi qaldırılaraq 2,25 faizə çatdırılıb. Qərar analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

Faiz artımı Körfəz regionundakı müharibə fonunda baş verən neft qiymətlərinin yüksəlməsi nəticəsində Avrozonada inflyasiya təzyiqlərinin artması ilə izah olunur. Avropa İttifaqının Statistika İdarəsinin - Avrostatın ilkin hesablamalarına görə, mayda inflyasiya 3,2 faiz təşkil edib ki, bu da bankın 2 faizlik hədəfindən xeyli yüksəkdir.

Eyni zamanda, Mərkəzi Bank Avrozonada iqtisadi artım proqnozunu da azaldıb. Yenilənmiş proqnoza əsasən, 2026-cı ildə orta iqtisadi artım 0,8 faiz təşkil edəcək. Mart ayında bu göstərici 0,9 faiz səviyyəsində qiymətləndirilirdi.

Qərar biznes dairələrində və həmkarlar ittifaqları təşkilatları tərəfindən tənqidlə qarşılanaraq, faiz artımının iqtisadiyyata əlavə təzyiq yaradacağından narahatlıq ifadə olunub.

Tarix
2026.06.11 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla