Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsi - Statistika

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın xarici ticarət dövriyyəsi - Statistika

Bu ilin 9 ayı ərzində Azərbaycanın rezidentləri dünyanın 144 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib: 97 ölkəyə məhsul ixrac olunub, 137 ölkədən idxal edilib.


Dövlət Statistika Komitəsinin məlumatına görə, doqquz ay ərzində xarici ticarət dövriyyəsi 32,7 milyard dolları təşkil edib. Bu, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları ixracın payına düşür.


İxrac məhsulları əsasən xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlardır; idxalda isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları və avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edir.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard dollara çatıb. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı isə 14,2 dollar artaraq 135,8 dollara çatıb.

Tarix
2013.11.06 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla