Yuxarı

“Unibank” kapitalını artırır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Unibank” kapitalını artırır

Səhmlərin emissiyası müvafiq dövlət orqanlarında qeydə alınıb və bank, mövcud qanunvericiliyə uyğun olaraq, səhmlərin alınması üzrə müraciətlərin qəbuluna başlayıb.

"Unibank"dan Axar.az-a verilən məlumata görə, bankın səhmdarları bankın kapitallaşmasının əsas parametrləri üzrə prinsipial razılaşma əldə ediblər və bu qərarın daxili təsdiqlənməsi proseduru başlayıb.

Bu razılaşmaya görə bankın kapitalında beynəlxalq maliyyə institutlarının iştirak payının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Lakin, nəzarət payı yerli səhmdarlarda qalacaq. Emissiyanın şərtlərinə əsasən, bankın səhmdarları səhmləri əldə etməkdə üstünlük hüququna malikdirlər və bütün səhmlər bankın mövcud səhmdarları tərəfindən alınacaq. Banka yeni səhmdarların cəlbi nəzərdə tutulmur.

"Unibank", ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və "DEG" Almaniya İnvestisiya Şirkəti (8,33% pay) "Unibank"ın səhmdarları sırasındadır.

Tarix
2016.10.11 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla