Ana səhifə İqtisadiyyat |
"Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlarının illik iş proqramının bir hissəsi olaraq bu gündən "Şərqi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilir.
Bu barədə Report-a yataqların işlənməsi layihəsinin operatoru "BP-Azerbaijan" şirkətindən bildirilib.
"Plana əsasən "Şərqi Azəri" platformasından hasilat bu gündən başlayaraq təxminən 12 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir", - deyə şirkətin açıqlamasında qeyd olunur.
Bu proqramın hazırlığına 2015-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2016-cı ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
Şirkətdən bildirilib ki, AÇG-nin digər platformalarından –
"Mərkəzi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli", "Çıraq" və
"Qərbi Çıraq" platformalarından hasilat, həmçinin
Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə
ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da
normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında
tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam
edəcək.
"Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya,
profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri
üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv
şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir
hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən
ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti
dayandıraraq həyata keçirmək mümkündür"-, deyə "BP-Azerbaijan"ın
açıqlamasında bildirilir.
Tarix
2016.11.08 / 00:42
|
Müəllif
Axar.az
|