Yuxarı

Mərkəzi Bank təlim keçirəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılmasına yönəldilmiş təlim keçiriləcək.

Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, beynəlxalq maliyyə təşkilatları və digər dövlət orqanları ilə birgə həyata keçirilən "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində bir sıra bank və maliyyə qurumlarının iştirakı ilə 2015-2016-cı illərdə tələbələr üçün "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlər keçirib.

Sözügedən təlimə tələbələrin böyük marağını və daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, Mərkəzi Bank bu ilin noyabr-dekabr aylarında növbəti təlimlərin keçiriləcəyini elan edir.

Təlim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək. Bu mərhələdə seçilmiş tələbələr növbəti – ikinci mərhələdə iştirak hüququ əldə edəcəklər.

İkinci mərhələdə tələbələr Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, Bakı Sığorta, DəmirBank, "FINCA Azərbaycan", AccessBank və Unibankda tədris səfərlərində olacaq və müxtəlif seminarlarda iştirak edəcəklər.

Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar.

Təlimdə III və IV kurs tələbələri iştirak edə bilər. Qeydiyyat üçün CV-ləri 21.11.2016-cı il, saat 18:00-dək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Tarix
2016.11.08 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla