Yuxarı

“Hər 100 manatlıq kreditin 10 manatı geri qayıtmır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspertin qənaətinə əsasən, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək:

"Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanda bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu da bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir. Sözügedən dövrdə ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində MB-nin 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Baş bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri kompensasiya təklif edilən kredit xətləri üzrə qeydə alınır. Digər tərəfdən, problemli kreditlərin "ümidsiz kreditlər" kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir".

Tarix
2016.11.10 / 13:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla