Yuxarı

İpoteka kreditləşməsi bərpa olunur - Gələn həftə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İpoteka Fondu ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək.

Bu barədə Report-a bank dairələrindən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırda AİF-in cəmi 8 müvəkkil bankı var. Bu, "AGBank", "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB", "Xalq Bank", "Kapital Bank", "NBC Bank" və "PAŞA Bank" ASC-lərdir. Yaxın vaxtlara qədər onların sayı 25 olub.

Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin sayı da 4-5 dəfə azaldılıb. Hazırda qurum 4 sığorta şirkəti - "Qala Həyat Sığorta", "Qala Sığorta", "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərlə əməkdaşlıq edir. Yalnız bu şirkətlər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya bilər.

AİF-in müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə 8 dəfə azaldılaraq 2-yə endirilib. Hazırda müvəkkil banklar ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız "Biləndər" firmasına və "MBA Ltd." MMC-yə həvalə edə bilərlər.

Müvəkkil təşkilatların sayının azaldılmasının səbəbi açıqlanmır.

Tarix
2016.11.22 / 15:02
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Erməni xüsusi təyinatlılar sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla