Yuxarı

Natiq Əliyevdən neftlə bağlı – Şok açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq.

APA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir: "Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq".

Nazir bildirib ki, enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar.

"Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30% artması isə qlobal ÜDM-in də, təxminən, 140% yüksələcəyini vəd edir. "Brukinqs" institutunun hesablamalarına görə, 2010-2030-cu illərdə 2,8 mlrd. əhali orta təbəqə səviyyəsinə yüksələcək və onların demək olar ki, hamısı inkişaf edən ölkələrdə yaşayacaqlar. Çin, Hindistan və əsas inkişaf edən ölkələr birlikdə nəzərdə tutulmuş orta təbəqə artımının 80%-ni təşkil edir. Eləcə də, təxmin edilir ki, 2040-cı ilə qədər enerji daşıyıcılarına olan qlobal tələbat üzrə artım əsasən inkişaf etməkdə olan ölkələrin payına düşəcək. Çünki bu ölkələrin enerji istehlakı təxminən 70 faizə yüksələcək. Enerji daşıyıcıları üzrə qlobal tələbatın yarısının Çin və Hindistanın payına düşəcəyi gözlənilir", - N.Əliyev əlavə edib.

Tarix
2016.11.24 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla