Yuxarı

Neftin bahalaşması hələ o demək deyil ki…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin qiymətlərində bu günlərdə baş verən müəyyən artımlar dünya bazarlarında onun qiymətlərinin optimal bir səviyyəyə çatacağı anlamına gəlmir.

Axar.az xəbər verir ki, keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov bu qənaətdədir. Onun sözlərinə görə, neftin qiymətində baş verən artımlar, sadəcə, OPEK-in son qərarının yaratdığı psixoloji bir durumdur:

“Hesab edirəm ki, bu proses davamlı olmayacaq. Bu ərəfədə İndoneziyanın OPEK-ə üzvlükdən imtina etməsi isə təşkilatın dayaqlarının nə qədər kövrək olduğunu bir daha sübut etdi. Dünyanın siyasi arenasında baş verən hadisələr və gedən digər proseslər onu deməyə əsas verir ki, bu gün neftin qiymətlərində neft hasil edən ölkələrin arzuladığı artımın üfüqləri hələ görünmür. Yaxın günlərdə daha çox gözlənilən isə ABŞ Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən uçot dərəcəsinin artırılmasına dair qərar ola bilər. Bu baş verdikdə isə dünya maliyyə bazarlarında ABŞ dollarının bahalaşacağı qaçılmaz olacaq”.

Qeyd edək ki, noyabrın 30-da Vyanada OPEK-in Nazirlər Şurasının 171-ci iclası keçirilib. Kartelə daxil olan ölkələr neft hasilatının gündəlik 1,2 milyon barrelə qədər azaldılaraq 32,5 milyona çatdırılması barədə razılığa gəliblər. Saziş kartelə daxil olmayan ölkələrin gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Tarix
2016.12.06 / 11:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla