Yuxarı

Aİ 95 satışdan çıxarıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Bakıda Aİ 95 markalı avtomobil yanacağı satışdan çıxarılıb, əvəzində "Avro-4" standartlarına uyğun "Premium" təklif edilir.

"Axar.az"ın bu gün paytaxtda apardığı müşahidələrə görə, Aİ 95 markalı yanacaq əvəzinə təklif edilən "Premium"un qiyməti 93 qəpikdir və beləliklə, Aİ 95-in qiymətinin dolayısı ilə artdığı təsdiqləndi.

Aİ 98 markalı benzin də "Super benzin" adı ilə əvəzlənib. Satıcıların bildirdiyinə görə, növbəti mərhələdə Aİ 92 markalı benzinin satışdan çıxarılması və standartların "Avro-4"ə keçirilməsi ilə əlaqədar, yanacaqdoldurma məntəqələrinə yalnız "Premium" markalı yanacağın verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Premium" və "Super" markalı yanacaqlar ölkəmizə idxal olunur. Ona görə də Aİ 92 markalı yanacağın yalnız Azərbaycanda "Avro-4" standartına uyğun istehsal başladıqdan sonra satışdan çıxarılacağı bildirilir. SOCAR isə artıq "Avro-4" markalı benzin istehsalına hazırlıqla bağlı proqram qəbul edib. Ancaq istehsala nə vaxtdan başlanılacağı barədə hələlik konkret tarix yoxdur.

Tarix
2014.04.07 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla