Yuxarı

Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Bakıda Pirallahı Sənaye Parkında "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, təməlqoyma mərasimində İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak ediblər.

Layihənin tərəfdaşları "TPİCO" (İran İslam Respublikası) 49 faiz, "Azersun Holdinq" 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər. Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Məlumat verilib ki, birinci mərhələdə zavodun istehsal gücü ildə 200 milyondan çox həb və kapsula, 54 təsiredici maddəyə, 84 adda dərman preparatına malikdir.

Təməlqoyma mərasimi çərçivəsində tərəfdaşlar arasında səhmdarlar arasında saziş imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.

Tarix
2017.01.16 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla