Yuxarı

Azərbaycan və Ukrayna ilə bağlı 5 prioritet sahə açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Azərbaycan kimya sənayesi, əczaçılıq, gəmi, təyyarə və maşınqayırma sahələrində birgə istehsal əlaqələrini inkişaf etdirməlidir.

Bunu Trend-ə özəl müsahibəsində Ukraynanın iqtisadi inkişaf və ticarət naziri, baş nazirin müavini Stepan Kubiyev deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Ukrayna üçün mühüm strateji tərəfdaşdır.

S.Kubiyev bildirib: "Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin aktivləşdirilməsi çox münasibdir, beləki Ukrayna və Azərbaycan əməkdaşlığın potensialını hələ tam realizə etməyiblər. Bu səbəbdən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Kiyevdə Azərbaycanın Ticarət Evinin yaradılması təklifi tərəfimizdən müsbət qarşılanmışdır. Bu, ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələri gücləndirməlidir".

Ukrayna baş nazirinin müavini daha sonra əlavə edib ki, yuxarıda qeyd edilən sahələrlə yanaşı, Ukrayna aqro sənaye kompleksi sahəsində və Azərbaycana ərzaq məhsullarının tədarükündə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

S.Kubiyev həmçinin bildirib: "Əlbəttə, biz Azərbaycan neftinin gələcəkdə Ukrayna neft emalı zavodlarına və ərazimiz vasitəsilə Avropa ölkələrinə tədarükündə də maraqlıyıq".

Müsahibəsinin sonunda baş nazirin müavini Bakıda birgə forumun keçirilməsinin planlaşdırıldığını da bildirib.

Tarix
2017.03.21 / 18:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla