Yuxarı

“Kapital Bank” Beynəlxalq Maliyyə Şurasının açılışında

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank”ın nümayəndələri 22-23 mart tarixlərində Amerika Banklar Assosiasiyası tərəfindən (American Bankers Association) Dubayda keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Bankdan Axar.az-a verilən məlumata görə, tədbirdə assosiasiya tərəfindən yeni yaradılan MENA bölməsinin (Middle East, North Africa) təqdimatı baş tutub. Eyni zamanda regionun qabaqcıl bankları “Müxbir bankçılğın gələcəyi” forumda iştirak ediblər.

“Amerika Banklar Assosiasiyasının hər regionda şuraları fəaliyyət göstərir. Bu tədbirdə yeni MENA şurasının təqdimatı baş tutdu. Şuranın əsas məqsədi regionda olan mühüm məsələləri müzakirə etməkdir. Biz də Azərbaycanın lider banklarından biri olaraq çalışacağıq regiona və ölkəyə öz töhfəmizi verək, həmçinin xarici ölkələrin təcrübəsindən yararlanaq”, - “Kapital Bank”ın İdarə heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bildirib.

Qeyd edək ki, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.03.28 / 18:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla