Yuxarı

Mərkəzi Bankın bu səlahiyyəti əlindən alındı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanuna dəyişiklikləri müzakirəyə çıxararaq qəbul edib.

Musavat.com-un xəbərinə görə, iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Komitə sədrinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq bu maddə ləğv edilir.

Komitə sədri deyib ki hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:

“Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir”.

Beləliklə də, Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır.

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov “deməli, həmin səlahiyyətlər Nəzarət Palatasına verilir” əlavəsini edib və səsvermə ilə dəyişikliklər qəbul edilib.

Tarix
2017.04.25 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan sərhədlərimizdə nə planlaşdırır? - Nikolun məqsədi...

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla