Yuxarı

Ukrayna məhkəmədən nə gözləyir? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna məhkəmədən nə gözləyir? - Ekspert

"Çox güman ki, bu yaxınlarda ABŞ şirkətləri ilə Ukrayna arasında ilkin razılıq əldə olunsun və işlərə başlanılsın".

Bunu Axar.az-a Ukraynanın Arbitraj Məhkəməsinə müraciət etməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi:

"Bu tipli böyük mübahisələrlə bağlı keçirilən arbitraj məhkəmələri uzun sürən prosesdir. Amma Avropa Birliyi (AB) ölkələrinin və başqa beynəlxalq qurumların Ukraynaya həssas yanaşdığını nəzərə alsaq, ola bilsin ki, proseslər sürətlə getsin və ilin sonuna qədər qərar qəbul edilsin. Amma bir məsələ də var ki, bu qərardan sonra Rusiyanın həmin qərarı mübahisələndirmək hüququ var və bu da prosesin uzanmasına gətirib çıxara bilər. Məhkəmə yolu ilə bu problemləri həll etmək mümkündür. Belə məhkəmələrə nümunələr də var. Adətən belə məhkəmələr inhisarçılığın qarşısını almaq üçün keçirilir. Arbitraj məhkəmələrində böyük korporasiyalara qarşı qeyri-qanuni qazanc əldə etmə maddəsi ilə iddialar qaldırılıb və bir çox hallarda iddiaçılar qalib gəlib. Ukraynanın Arbitraj Məhkəməsinə müraciət etməsində bir məqsədi də Rusiyaya siyasi təzyiq etməkdir. Güman edirəm ki, birbaşa danışıqlar tezliklə başlayacaq. İlkin raund bu yaxınlarda Berlində oldu. İnanıram ki, tezliklə bunu davamı da olacaq".

Ekspert hesab edir ki, Ukrayna Rusiyadan qaz asılılığını azaltmaq üçün Avropa ölkələrindən reeksport yolu ilə qaz almalıdır:

"Ukrayna Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün Avropa ölkələri ilə reeksportla (yenidən idxal) bağlı danışıqlar aparılır. Hazırda Slovakiya, Polşa və digər ölkələrlə bu məsələ müzakirə edilir. Əslində, burada texniki məsələlər həll edilib. Çünki orda boru xətti artıq var. Sadəcə, əks istiqamətdə qaz vurmaq üçün istifadə ediləcək nasos stansiyaları ilə bağlı çətinliklər həll edildikdən sonra bu, mümkün ola bilər. Digər tərəfdən də Ukraynada çox böyük miqdarda slans qaz ehtiyatı aşkar edilib. ABŞ-ın bu qazı çıxarmaq və emal etmək üçün müasir texnologiyaları var. Çox güman ki, bu yaxınlarda ABŞ şirkətləri ilə Ukrayna arasında ilkin razılıq əldə olunsun və işlərə başlanılsın. Əgər deyildiyi kimi Ukraynadakı slans qazın həcmi böyük olarsa, o zaman doğrudan da gələcəkdə Ukrayna həm özünü qazla təmin edəcək, həm də Avropaya qaz sata biləcək".
Xatırladaq ki, Ukraynanın energetika naziri Yuri Prodan Berlində Avropa Birliyi Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli görüşdən sonra rəsmi Kiyevin mayın 28-də qazın qiyməti ilə bağlı Stokholm Arbitraj Məhkəməsinə müraciət edəcəyini demişdi.

Tarix
2014.05.30 / 01:47
Müəllif
Tural İbadov
Digər xəbərlər

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla