Yuxarı

ENOC İrana növbəti partiya neft göndərdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dragon Oil” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Neft Şirkəti (ENOC) İrana neftin növbəti partiyasını yola salıb.

Azərbaycanın neft-qaz bazarındakı mənbədən Trend-ə verilən məlumata görə, bu, cari ay ərzində Rusiyanın “VF Tanker-20” gəmisinin İranın Neka limanına türkmən neftinin çatdırıılması üçün ikinci reysidir.

Mənbə bildirib ki, iyul ayının sonunda “VF Tanker-20” gəmisi “Dragon Oil” şirkətinin neftini gətirdikdən sonra Bakıda reydə dayanıb. Lakin bir həftəlik gözləmədən sonra göyərtədə bəyan edilməmiş yükün tapılması ilə əlaqədar gəmi təcili surətdə İrana yola düşüb və İranın Milli Neft Şirkətinin (NIOC) terminalında yükü boşaldıb.

Belə görünür, gəminin bu manevri “Dragon Oil” və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Neft Şirkətinin (ENOC) neft daşınması və gömrük rəsmiləşdirilməsi zamanı sənədlərdə yükün sonradan Avropaya tranzit məqsədi ilə boşaldılması yeri kimi Bakının göstərilməsi ilə bağlıdır. Belə ki, Türkmənistan hökuməti (Dövlət Gömrük Xidməti və digər strukturlar), çox güman ki, Türkmənistan neftinin İrana tədarükünə icazə vermir.

İstisna deyil ki, “Dragon Oil” Türkmənistanla İran arasındakı soyuq münasibətlər səbəbindən həmin icazəni ala bilmir. Çünki Türkmənistandan İrana nəql olunmuş təbii qazın pulunun ödənilməsi ilə bağlı tərəflər arasında narazılıq var və İran beynəlxalq arbitrajda Türkmənistan əleyhinə iddia qaldırmaq niyyətindədir.

Bundan başqa, gəminin həmin hərəkətləri “Dragon Oil” və ENOC-un İrana neft tədarük etdiklərini gizlətmək, bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozan şirkətlərin siyahısına düşməkdən yayınmaq istəmələri ilə bağlı ola bilər.

Xatırladaq ki, NIOC və onun ticarət strukturu olan NICO, eləcə də onların müxtəlif ölkələrdəki bölmələri ABŞ-ın sanksiya siyahısına daxildir.

Hazırda “Dragon Oil” və ENOC Rusiyanın “VF Tanker" gəmiçilik şirkətinə məxsus “VF Tanker-13” gəmisinə üçüncü partiyanı yükləməkdədir. Bu gəminin ABŞ-ın sanksiyalarına və Türkmənistanın gömrük nizamnaməsinə baxmayaraq, yenidən İrana gedib-getməyəcəyi sual altındadır.

Tarix
2017.08.09 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla