Yuxarı

Neftin qiyməti ilə bağlı şok proqnoz: Yaxın 5 ildə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya üzrə neft sektoruna investisiyaların azaldığı bir dövrdə, "Brent" markalı neftin qiyməti yaxın 5 ildə cari qiymətlərə nisbətən 40% artaraq 80 dollar/barrelə yüksələ bilər.

Report xəbər verir ki, bu açıqlamanı Nyu-Yorkda keçirilən mətbuat konfransında "S&P Global Platts" informasiya agentliyinin bölməsi olan "Pira Energy"nin qurucusu Qari Ros (Gary Ross) verib.

Q.Ros qeyd edib ki, ABŞ şist neft sektorunun inkişafı və elektromobillərin sayının artması ilə bağlı yaranan qeyri-müəyyənliklər neftin qiymətini daha da artırır: "İnvestisiyalar azalır. Şist neft və elektromobil sektorlarının inkişaf etdiyi dövrdə kim neftə investisiya yatırar?!"

Analitik hesab edir ki, hazırda neft ehtiyatlarının həcmi şişirdilir. OPEC neft ehtiyatlarının orta 5 illik neft ehtiyatlarından 170 mln. barrel çox olduğunu bildirsə də, bu miqdar 50 mln. bareldən çox deyil və azalmağa davam edir.

"Artıq neft ehtiyatları absorbasiya olunub. Biz bir daha 30 dollar/barel səviyyəsini görməyəcəyik. Amma hələ ki, 50-60 dollar/barrel qiyməti ilə yaşamağa davam edəcəyik",- deyə Ros bildirib.

Xatırladaq ki, neft sahəsində söz sahibi olan Q.Ros 2014-cü ildə neft qiymətlərində kəskin azalma proqnozunu verib.

Tarix
2017.10.13 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla