Yuxarı

Lombardlar əhalini necə aldadır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada və Qazaxıstanda lombardların fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilib. Azərbaycanda isə lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev ölkədə fəaliyyət göstərən lombardların vəziyyəti ilə bağlı movqe.az-a danışarkən deyib. Ekspert bildirib ki, bu gün ölkədə lombardlara tələbat artıb. Bu da banklarda kredit şərtlərinin ağırlaşması ilə bağldır:

“Banklardan kredit götürmək uzun prosedurdur. Bu səbəbdən əhali adətən lombardlara üz tutur. Ölkədə lombardların fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Bu gün lombardların fəaliyyəti ilə bağlı onlarla nöqsan saymaq olar ki, bura girovun qiymətləndirilməsinin düzgün aparılmaması, girovun zədələnməsi və sair göstərmək olar. Lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı olsaydı, vəziyyət belə olmazdı. Bu gün ölkədə istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər”.

S.Əliyev bildirib ki, lombard fəaliyyəti ilə bağlı ayrıca qaydalar, standartlar olmalıdır:

“Lombardların girovu saxlanc yeri standartlarda öz əksini tapmalıdır. Bank fəaliyyətindən fərqli olaraq lombard fəaliyyəti üçün lisenziya tələb edilmir. Buna görə də insanları aldatmaq məqsədilə lombard açanların sayı günü-gündən artır. Bu cür halların olması lombardlara nəzarətin, onların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulunu vacib edir”.

Tarix
2017.10.21 / 11:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla