Yuxarı

FES-in faiz artımı manata necə təsir edəcək? - İqtisadçı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FES (Federal Ehtiyat Sistemi) toplantısında olacaq, uçot dərəcəsinin 0,25 faiz artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FES gələn il 3 deyil, 4 faiz artım olacağını elan etsin. Bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu qərarın Azərbaycana birbaşa təsiri olmasa da, dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edəcək:

“Manat üçün hələlik ciddi təhlükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FES qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılıdır. Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. 2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli, manata təzyiq də yüksələcək”.

Tarix
2017.12.13 / 12:28
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla