Yuxarı

2018 sürprizi: büdcə xərcləmələri 20 faiz artır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan büdcəsinin əlavə neft sektorundan nə qədər gəlir əldə etdiyini demək çətindir. Çünki büdcənin formalaşmasında ARDNŞ-nin fiksasiya olunmuş rəqəmi, yəni faiz dərəcəsi yoxdur. Ona görə də büdcəyə əlavə nə qədər gəlir daxil olduğunu hesablamaq olmur.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban neftin qiymətinin hər bir dollar artımının ölkəmizə 640 min dollarlıq gəlir gətirməsi barədə danışarkən söyləyib. O bildirib ki, son aylarda neftin qiymətində müşahidə olunan artım cari illə müqayisədə büdcə xərclərinin də çoxalmasına gətirib çıxarıb:

“Bu günlərdə Azərbaycan Dövlət Neft Fondu 11 ayın yekunları ilə bağlı hesabat yayıb. Hesabatda yanvar-noyabr aylarında “Azəri-Çıraq-Günəşli” layihəsindən gələn gəlirlərin 26 faiz artması qeyd olunub. Bu da təxminən 5 milyard 780 milyon dollara bərabərdir. 2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” layihəsindən gələn gəlirlərə baxsaq, bu rəqəmin 5.1 milyon təşkil etdiyini görərik. Neftin qiyməti noyabr və dekabr aylarında artmağa davam edib. Hesab edirəm ki, 2017-ci ildə Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsindən gələn gəlirlər təqribən 6.5 milyarda qədər arta bilər. Bu da ötən illə müqayisədə 1.2 milyard dollar çoxdur”.

Ekspert neftin qiymətində baş verən artımın ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini bildirib:

“Azərbaycan iqtisadiyyatı istər dünən, istər bu gün, istərsə də gələcəkdə neft gəlirlərinin üzərində qurulacaq. Neft gəlirləri kifayət qədər olanda hökumətin manevr imkanları da çoxalır. Cari il üçün neftin qiyməti artdı, bu, gələn il ölkə büdcəsinin xərcləmələrinin 20 faiz artması deməkdir. Bu da özünü müxtəlif sahələrdə göstərəcək”.

Tarix
2017.12.18 / 15:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla