Yuxarı

Azərbaycanın ən iri bankı avropalılara satılır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən iri bankı avropalılara satılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti ilə Beynəlxalq Bankda dövlətə məxsus payın bir hissəsinin əldə edilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə Trend AYİB-in baş ofisinə istinadən xəbər verib.

"AYİB-in Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesində iştirakı əvvəlkitək ölkə hökuməti ilə danışıqlarımızın predmetidir. Anlamaq lazımdır ki, bu kifayət qədər iddialı layihədir və baxılması, təsdiqlənməsi, gerçəkləşdirilməsi üçün müəyyən qədər vaxt lazımdır”, - agentliyin həmsöhbəti deyib.

Daha öncə AYİB-in prezidenti Suma Çakrabarti bildirmişdi ki, AYİB Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasına və profilinin dəyişdirilməsinə kömək etməyə şad olardı. Eyni zamanda, onun sözlərinə görə, ABB-də korporativ idarəetmə sisteminin yenidən təşkili halında AYİB Azərbaycan bankının səhmdarı olmaq imkanına baxa bilər.

Bir hətfə bundan əvvəl məlum olmuşdu ki, Beynəlxalq Bank xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması üçün rayon məhkəməsinə müraciət etmişdi. Bank ona daha 180 gün möhlət verilməsini istəmişdi.

London Yüksək Məhkəməsi isə Rusiya Federasiyasının ən iri bankı olan "Sberbank”ın və "Franklin Templeton” fondlar ailəsinin borcların restrukturizasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankına qarşı tələblərini dəstəkləmişdi.

Tarix
2018.02.01 / 00:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla