Yuxarı

Azərbaycan bu siyahıda 35-ci yerdədir - Prezident

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir.

Axar.az xəbər verir ki, bu fikirləri dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında deyib.

Prezident qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin ən yaxşı göstəricisi Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsidir.

Son qiymətləndirmə göstərir ki, Azərbaycan rəqabət qabiliyyətinə görə dünyada 35-ci yerdədir. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bizdən əvvəl yalnız 30 inkişaf etmiş ölkə və 2 inkişaf etməkdə olan ölkə var. Bu, o deməkdir ki, biz rəqabətlilik və inkişafa görə 33-cü və 35-ci yerdəyik. “Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir. Sözsüz ki, biz Azərbaycanda yeni enerji inkişafı ilə bağlı tərəfdaşlarımızla fəal şəkildə işləməyə davam edəcəyik. Lakin, eyni zamanda, qonaqlarımıza məlumat vermək istərdim ki, əlbəttə, bizim üçün ən vacibi qeyri-enerji sektorudur”, - deyə dövlətimizin başçısı bildirib.

Tarix
2018.02.15 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla