Yuxarı

İşsizlərə şad xəbər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi regionda əməkdaşlığın inkişafına və qaz mənbələrinin diversifikasiyasına xidmət edir.

Bunu Trend-ə müsahibəsində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov deyib.

N.Mannapbekov deyib: "AİB-in əsas vəzifələrindən biri öz üzvləri arasında, o cümlədən enerji təhlükəsizliyinin təminatına ehtiyacı olan ölkələr arasında regional əməkdaşlığın dəstəklənməsidir. Cənub Qaz Dəhlizi məhz bu məsələlərə cavab verir. Biz hesab edirik ki, bu layihə dövlət üçün əlavə gəlir mənbəyi ola bilər və bu gəlirlər sosial proqramların reallaşdırılması və ya iqtisadiyyatın diversifikasiyası üçün istifadə oluna bilər. Layihənin başa çatmasından sonra azı 1800 daimi iş yerinin açılması gözlənilir".

Qeyd edək ki, AİB Cənub Qaz Dəhlizi QSC üçün bir milyard dollar məbləğində vəsaiti razılaşdırıb.

Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet layihələrdəndir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyədən keçməklə Xəzər regionundan Avropaya çatdırılmasını nəzərdə tutur.

Layihənin dəyəri 40 milyard dollardan çox təşkil edir.

Tarix
2018.03.12 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla