Yuxarı

Rusiya Azərbaycanda bahalıq yaratdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda bu il fermerlər aqrotexniki qaydalara əməl edə bilmədilər".

Bunu Axar.az-a aqrar sahə üzrə ekspert, aqronom Vahid Məhərrəmov hazırda kənd təsərrüfatındakı vəziyyətlə bağlı danışarkən deyib.

Meyvə-tərəvəz bazarında yaranmış qıtlığın səbəbləri haqda danışan ekspertin sözlərinə görə, ən böyük problem aqrotexniki qaydalara əməl edilməməsidr.

V.Məhərrəmov hesab edir ki, paralel olaraq sanksiyalar səbəbindən Rusiyanın öz bazarlarını Azərbaycanın daha geniş üzünə açması və şimal qonşumuza meyvə-tərəvəzin daşınmasının sürətlənməsi təbii olaraq ölkəmizdə bahalıq doğurur:

"Fermerlər üçün Rusiya bazarları əlverişlidir. Böyük həcmdə yüklər Rusiya bazarlarına aparılır. Bu da istər-istəməz bizim ölkə daxilində qiymətlərə təsir edir".

V.Məhərrəmovun sözlərinə görə, ilk növbədə fermerlərin suvarma problemi həllini tapmalıdır:

"Əvvəla, payız və yaz aylarında su bolluğu olur. Həmin vaxtlarda su anbarlara yığmalı idi. Çünki Azərbaycanda xeyli sayda göllər, hovuzlar, su anbarları var. Həmin anbarlara su bolluğu olanda ehtiyac su yığılmalıdır. Sonra suvarma suyuna ehtiyac yarananda fermerlərə həmin su verilməlidir".

Müsahibimiz çıxış yolu kimi məsul qurumlarının vahid sistemdə birləşməsini təklif edir: "Meliorasiya və Su Təsərrüfatı ASC, Azərenerji ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su ilə bağlı vahid sistem yaradıb, suya olan ehtiyacı mərkəzləmiş qaydada həll etməlidirlər".

Tarix
2014.08.24 / 20:55
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla