Yuxarı

Neft Fondunun 500 milyonu təhlükədə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondunun 500 milyonu təhlükədə

"Rus rublunun ucuzlaşması Azərbaycana mənfi təsir edir".

Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev rublun ABŞ dollarına münasibətdə qiymətinin ucuzlaşmasının Azərbaycana təsirinə münasibət bildirərkən söyləyib. O, Rusiyada rublun ucuzlaşmasının 2 milyon azərbaycanlıya zərbə vurduğunu bildirib:

"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyada baş verən hadisələr istər mənfi, istərsə də müsbət mənada Azərbaycana təsir göstərir. Rusiyada Azərbaycandan olan iki milyondan çox işçi qüvvəsi var. Onlar bir ildə bank köçürmələri vasitəsilə təxminən bir milyarddan çox pul göndərirlər. Rublun il ərzində 20% ucuzlaşdığını nəzərə alsaq, onda göndərilən pulların azaldığını söyləyə bilərik".

İqtisadçı rublun ucuzlaşmasının Azərbaycanın kənd təsərüffatı mallarının da Rusiya bazarından sıxışdırılıb çıxarılmasına şərait yaradacağını deyib:

"İkinci məsələ Neft Fonduyla bağlıdır. Neft Fondunda bizim 500 milyon rubl pulumuz var. Rublun ucuzlaşması Neft Fondunun vəsaitlərinin ucuzlaşmasına gətirib çıxarır. Neft Fondu Rusiyanın VTB bankının səhmdarıdır. Həmin bankın səhmləri isə ucuzlaşıb.

Bundan başqa, biz bilirik ki, Rusiya Qərbdən idxal olunan ərzağa qadağa qoyub. Nəticədə, boşluq yaranıb və bizim fermerlər də öz məhsullarını satmaq üçün Rusiyaya üz tutublar. Lakin bu həmişə belə olmayacaq. Onların bazarına Çin və İran kimi başqa oyunçular da gələcək. Beləliklə, onların malları bizim kənd təsərrüfatı mallarımızdan ucuz olacaq. Rubl ucuz, manat isə baha olduğundan bizim məhsulları oradan sıxışdırıb çıxardacaq".

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı rus rublunun aşağı düşməsinin qarşısını almaq üçün günə təxminən 1 milyard dollara yaxın vəsait xərcləyir.

Tarix
2014.10.08 / 15:33
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla