Yuxarı

Məhsullarımız Moskvada sərgiyə çıxarıldı – Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsullarımız Moskvada sərgiyə çıxarıldı – Foto

Oktyabrın 8-də Rusiya paytaxtı Moskvada sərgi keçirilib.

Axar.az xəbər verir ki, Moskvada fəaliyyətə başlayan "Qızıl payız - 2014" adlı 16-cı Rusiya aqrosənaye sərgisində kənd təsərrüfatı məhsulları nümayiş etdirilib, eləcə də bu məhsulların satışı təşkil olunub.

Bu sərgi 8-11 oktyabr tarixlərində fəaliyyət göstərəcək . "Qızıl payız - 2014" sərgisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti də iştirak edir.

Bu şirkətlər meyvə-tərəvəz məhsulları ilə yanaşı, müxtəlif növ meyvə şirələri, cemlər, mürəbbələr, tomat pastası və s. kimi emal məhsullarını nümayiş etdirir və satışını həyata keçirirlər.

Sərgi Azərbaycan şirkətləri üçün istehsal etdikləri məhsulların tanıdılması, ixracının daha da artırılması, həmçinin yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

"Qızıl payız - 2014" adlı 16-cı Rusiya aqrosənaye sərgisində Azərbaycan şirkətlərinin təqdim etdiyi məhsulların çoxçeşidliliyi, yüksək keyfiyyəti, qablaşdırma səviyyəsi rusiyalı istehlakçılar tərəfindən böyük maraqla qarşılanır.

Tarix
2014.10.08 / 17:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla