Yuxarı

ABŞ-Səudiyyə gərginliyi: Neft nə qədər bahalaşacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp Səudiyyəyə qarşı sərt addım atsa, neftin qiyməti 100 dolları keçəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-Səudiyyə gərginliyinin neftin qiymətlərinə təsiri haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Trampın yumşaq açıqlamalar verməsi həm də onunla bağlıdır ki, noyabrda ABŞ-da seçki var, Respublikaçılar ciddi səs itirə bilərlər. Neft daha çox qalxsa, ABŞ-da benzin daha da bahalaşacaq. Obama prezident olarkən bir qallon benzin (ABŞ-da benzin qallonla satılır, 1 qallon 3,785 litrə bərabərdir) 1 dollar 99 sentə qədər ucuzlaşmışdı, indi qiymət 4 dollara yaxınlaşır. Orta statistik amerikalı üçün benzinin qiyməti çox önəmlidir. Tramp Səudiyyəyə qarşı sərt addım atsa, neftin qiyməti 100 dolları keçəcək, 1 qallon benzin isə 5 dollara qədər bahalaşacaq”, - ekspert qeyd edib.

İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, Trampın Səudiyyə ilə silah satışı sövdələşməsinin ləğv edilməyəcəyinə dair açıqlamasından sonra neft bazarında sakitlik müşahidə edilir:

“BP-nin rəhbəri Bob Dudley isə neftin indiki qiymətini dünya üçün “qeyri-sağlam qiymət” kimi dəyərləndirib. Mövcud qiymətdəki artımlar daha çox siyasi səbəblərlə bağlıdır. İrana qaşı sanksiyalar, eləcə də Venesueladakı böhran qiymətə təsir göstərməkdədir. Siyasi səbəblər, o cümlədən Venesuelada böhran səngiyərsə, neftin qiyməti yenidən hər barrel üçün 60-65 dollaradək enə bilər”.

Qeyd edək ki, ABŞ Senatı Qlobal Maqnitski Aktına əsasən Ağ Evdən Qaşıqçı məsələsinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini tələb edib.

Tarix
2018.10.22 / 13:35
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla