Yuxarı

“Neftin ucuzlaşması büdcəyə ciddi zərər vuracaq” - Foto

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Neftin ucuzlaşması büdcəyə ciddi zərər vuracaq” - Foto

"Bu iqtisadi modeldə neftin qiymətinin və gəlirlərin azalması ciddi problemlər yaradacaq".

Axar.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. Onun sözlərinə görə, neftin qiymətinin enməsi hər bir şəxsin cibinə təsir edəcək:

"Neftin qiymətinin enməsinə sevinmirəm, çünki bu proses ölkəmiz üçün ciddi ziyanlar törədəcək. İllərdir qurulan iqtisadi modeldə neft və qaz ölkənin büdcəsinin formalaşmasında 80-85%, xarici ticarətimizdə isə 90-95% rol oynayır. Neft-qaz sektorundan büdcəyə birbaşa daxil olmalardan əlavə, dolayı daxil olmalar da var, məhz ona görə büdcənin formalaşmasında rəqəm, az qala 85%-ə yaxınlaşır. Neft və qaz sektorundan daxil olan vəsaitin böyük bir qismi (bu il 9 milyard manata yaxın) investisiya xərclərinə, təmir-tikinti işlərinə yönəldilir və bu sahədə on minlərlə insan çalışır, pul qazanır, vergi verir. Tikinti sektoru multiplikator effektinə malik olduğu üçün arxası ilə tikinti materiallarının istehlasını, ölkəyə gətirilməsini, daşınmasını təmin edir və bu sahələrdə çalışan adamların qazancını, dolayısı ilə, vergi ödəməsini təmin edir. Tikintidə çalışan maşınların, texnikanın təmirini minlərlə adam həyata keçirir. Onlar da, dolayısı ilə, neft-qazdan payını alır və vergisini verir. Həmin sahələrdə çalışanlar pul qazanaraq evlərinə bazarlıq edir, günorta kafelərdə yemək yeyir, pal-paltar alır, mobil telefonla danışır və deməli, bütün bu sahələrin pul qazanmasına və dolayısı ilə vergi verməsinə dəstək olur".

Ekspertin sözlərinə görə neft-qaz gəlirlərinin azalması büdcəyə ciddi zərər verəcək:

"Neft-qaz gəlirləri azaldıqda büdcəyə transfertlər, layihələr azalacaq. Deməli, bu layihələrdə çalışanların sayı və gəlirləri azalacaq. Bu da zəncirvari mutiplikator effekti ilə hətta bu sahəyə birbaşa aidiyyəti olmayan şirkət və insanların gəlirlərinin və vergilərinin azalması ilə nəticələnəcək. Bir sözlə, bu iqtisadi modeldə neftin qiymətinin və gəlirlərin azalması ciddi problemlər yaradacaq".

Tarix
2014.10.13 / 15:52
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla