Yuxarı

Tramp Bakıya zəmanət verib: “Bu, adi məsələ deyil”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 8 dövlətin İrandan neft alışına icazə versə, Tehrana qarşı sanksiyalar müəyyən qədər yumşaq keçəcək, əks təqdirdə problemlər yaranacaq.

Bu sözləri Axar.az-a İrana qarşı iqtisadi sanksiyaların ikinci mərhələsinin qüvvəyə minməsi ilə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

“İrana qarşı sanksiyalar çox ciddi məsələdir. Hazırda bu ölkədə iqtisadi vəziyyət gərgin olaraq qalır, rial isə kəskin ucuzlaşır. Düzdür, ABŞ 8 dövlətin İrandan neft almasına razılıq verib. Ancaq bu məsələ hələ rəsmi deyil. ABŞ 8 dövlətin İrandan neft alışına icazə versə, Tehrana qarşı sanksiyalar müəyyən qədər yumşaq keçəcək, əks təqdirdə ciddi problemlər yaranacaq”, - deputat qeyd edib.

Azərbaycana gəlincə, millət vəkili ölkəmizin faktiki olaraq bu sanksiyaların kənarında olduğunu bildirib:

“Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsini həyata keçirir. ABŞ Prezidenti Donald Tramp CQD reallaşan zaman layihənin heç bir sanksiyaya məruz qalmayacağına dair zəmanət verib. Bu, Bakı üçün çox önəmlidir. ABŞ-ın İrana qarşı sanksiyaları Tehranla iqtisadi, ticari əlaqələrimizə və müəyyən mal dövriyyəmizə elə də ciddi təsir etməyib. İrana qarşı tətbiq ediləcək sanksiyaların ikinci mərhələsindən çox şey asılı olacaq. Düzdür, Azərbaycan İrandan müəyyən mallar idxal edir, ancaq alternativ variantlarımız var. Bu baxımdan sanksiyaların ikinci mərhələsi qüvvəyə minsə belə, ciddi problem yaranmayacaq. Azərbaycan hökuməti bölgədə baş verən proseslərin və İrana qarşı sanksiyaların ölkəmizə təsirinin yumşaq keçməsinə çalışır”.

Millət vəkili ABŞ-İran gərginliyinin siyasi tərəflərinə də toxunub:

“ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etməsinə birinci səbəb bu ölkədə nüvə silahlarının inkişafının qarşısını almaqdırsa, ikinci səbəb İrandakı mövcud rejimi dəyişdirməkdir. ABŞ bu ölkədə daha demokratik rejim qurmağa cəhd göstərir. Bütün bu siyasi məqamlar da özlüyündə dərhal geoiqtisadi vəziyyətə sirayət edir. Belə ki, sanksiyalar fonunda artıq 100-dən çox Avropa şirkəti İranı tərk etməyə başlayıb. Bu isə adi məsələ deyil”.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların ikinci mərhələsinin bu gün qüvvəyə minməsi gözlənilir.

Tarix
2018.11.05 / 12:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla