Yuxarı

Rubl qonşuları da vurdu: manat necə olacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Natiq Cəfərli Rusiya rublunun kəskin enişinin qonşu dövlətlərə də təsir etməsi prosesini şərh edərkən bildirib. Ekspert yaxın bir il ərzində manatı rublun taleyinin gözləmədiyini bildirib:

"2015-ci ilin sonuna qədər manatın məzənnəsinə ciddi təhdid yoxdur. Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir. Amma bu həm tədiyyə balansından, həm də neftin qiymətinin nə qədər aşağı səviyyədə qalmasından asılı olacaq. Azərbaycan 2014-cü ilin ilk 9 ayında 17,356 milyard dollarlıq məhsul ixrac edib. Bunun 14,818 milyardı xam neft, 1,034 milyardı isə neft məhsullarıdır. Yerdə cəmi 1,504 milyard dollar qalır ki, onun da tərkibində hələ qaz ixracı var. Yəni, göründüyü kimi, Azərbaycanın ixracının az qala tamamı neft, neft məhsulları və qazdan ibarətdir. Məhz buna görə də tədiyyə balansımızda həmişə müsbət saldo olurdu".

Ekspertin sözlərinə görə, neftin qiyməti gələn il 60 dollar olsa belə, bu, manatın qiymətini endirməyəcək:

"Gələn il hasilat 2014-cü il səviyyəsində, qiymətlər isə ortalama 60 dollar olsa, deməli, təqribən neftdən gələn vəsait 40 faiz az olacaq. Başqa sözlə, gələn il neftin satışından ölkəmizə gələn pul ilk 9 ayda təqribən 6 milyard dollar az olacaq – yəni, 8,5-9 milyard dollar olaq. Bu amilləri nəzərə alaraq demək mümkündür ki, gələn ilin sonuna yaxın Mərkəzi Bank manatın yumşaq devalivasiyasına gedə bilər, amma tam əminliklə demək mümkündür ki, bizdə Rusiyada baş verən milli valyutanın faciəli dəyərdən düşməsi Azərbaycanda yaxın 1 ildə gözlənilmir".

Tarix
2014.12.20 / 00:31
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla