Yuxarı

Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı enerji diplomatiyasının əsasını qoydu - Hacıyev

11:06

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib.

Axar.az xəbər verir ki, seminarda Türkiyənin Bakıdakı səfiri Ərkan Özoral, Mərakeş səfiri Adil Embarş, Yunanıstan səfiri Nikolas Kanellos, Prezident Adminstrasiyasının Xarici Əlaqələr Şöbəsinin rəisi Hikmət Hacıyev, Energetika nazirinin müavini Elnur Soltanov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və digərləri iştirak edib.

Tədbir BMTM-nin sədri Fərid Şəfiyevin nitqi ilə açıq elan olunub.

Qonaqları salamlayan Şəfiyev “Əsrin müqaviləsi”nin Azərbaycan dövləti və xalqı üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb:

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi həyatında əvəzolunmaz rol oynadı və köklü dəyişikliklər etdi. Bu müqavilə Azərbaycandakı sürətli inkişaf dövrünün əsasını qoyub və ölkəni aparıcı qlobal enerji tədarükçüsünə çevirərək, bölgənin enerji xəritəsini dəyişib”.

Daha sonra tədbir Hikmət Hacıyevin nitqi ilə davam etdirilib:

“Əsrin müqaviləsi”nin imzalanmasından artıq 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükə və təhdidlərin fonunda bu müqavilə imzalandı. Azərbaycan enerji diplomatiyasının əsasını qoydu”.

Hacıyev bu müqavilədən sonra yeni neft erasının başladığını və Azərbaycan xalqının neftin mənfəətini gördüyünü dedi:

“Buna görə də 25 illik bu dövrə baxdıqda bir daha şahidi oluruq ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası ölkəmizin müstəqilliyinin, iqtisadi inkişafının təməli olmaqla yanaşı, beynəlxalq arenada bizə töhfə verən bir hadisə oldu”, – o bildirib.

Tarix
2019.09.17 / 11:50
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla