Yuxarı

Putin 6 ölkənin qazını kəsdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin 6 ölkənin qazını kəsdi

Rusiyanın inhisarçı şirkəti olan "Qazprom" Avropanın 6 ölkəsinin qazını kəsib.

Axar.az-ın "Deyli Meil"ə istinadən verdiyi məlumata görə, bu gün səhər Ukrayna üzərindən qaz alan ölkələrə ötürülən qaz kəsilib.

Ukraynadakı şirkətlər bu barədə qərarı təsdiq ediblər. Qazı kəsilən ölkələr isə Bolqarıstan, Yunanıstan, Makedoniya, Rumıniya, Xorvatiya və Türkiyədir.

Xorvatiya rəsmiləri Rusiyanın yalnız sənaye müəssisələrinə verilən qazı kəsdiyini deyib. Bolqarıstan isə qazın tam kəsildiyini və yalnız bir neçə günlük ehtiyatlarının qaldığını etiraf edib.

Avropa Birliyi isə "Qazprom"a ən böyük müştərisi olan İngiltərə ilə razılığa gəlməyi tövsiyyə edib. Qurum İngiltərədə havanın mənfi 10 dərəcədən aşağı olması səbəbindən qaza tələbatın artığını, "Qazprom"un isə qiymətləri endirmədiyini deyir. Hazırda İngiltərə "Qazprom"un ən böyük müştərisi kimi onun satdığı qazın 16%-ni alır.

Mənbələrdən verilən məlumata görə, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar Avropada enerji qiymətlərinin qalxmasına səbəb olub. Bu isə "Qazprom"un qiymətləri öz istədiyi kimi tənzimləməsinə şərait yaradıb.

Xatırladaq ki, hazırda "Qazprom" Avropa ölkələrinin 60%-ni, AB ölkələrinin isə 80%-ni qazla təmin edir.

Tarix
2015.01.19 / 19:26
Müəllif
Xəyal
Digər xəbərlər

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla