Yuxarı

ABB-nin IBA Tech Akademiyası fəaliyyətə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-nin IBA Tech Akademiyası fəaliyyətə başladı

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında sosial layihə kimi nəzərdə tutulmuş ilk intensiv bootcamp kurslarına start verilib. Tələbələr sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə göndərmiş namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.

Axar.az xəbər verir ki, qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib. Beləliklə, IBA Tech Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb. Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21 faizi xanımlardan ibarətdir.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kursları ölkəmizin əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd istiqamətlərini əhatə edir. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına “Lütfizadə” və “Mirzəcanzadə” adları verilib.

Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

Qeyd edək ki, yaxın vaxtlarda IBA Tech Akademiyasına yeni proqramlar üzrə də qəbul nəzərdə tutulur. Bu barədə ictimaiyyətə müntəzəm məlumatlar veriləcək. Proqramlara qoşulmaq istəyən şəxslər yenilikləri www.ibatech.az saytından və Akademiyanın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyə bilərlər.

Tarix
2019.10.16 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla