Yuxarı

İcmal büdcədə 7,6 milyard artıqlıq yarandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcmal büdcədə 7,6 milyard artıqlıq yarandı

2019-cu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 16690,6 mln. manat icra olunub. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz və ya 1024,6 mln. manat çoxdur.

Bu barədə Axar.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

“İqtisadi təsnifata uyğun olaraq, cari ilin ilk doqquz ayında dövlət büdcəsi xərclərinin 35,3 faizi və ya 5888,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz və ya 478,6 mln. manat çoxdur.

2019-cu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 8948,5 mln. manatı və ya 53,6 faizi cari xərclərə, 6320,6 mln. manatı və ya 37,9 faizi əsaslı xərclərə, 1421,5 mln. manatı və ya 8,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5739,6 mln. manat icra olunub”, - məlumatda bildirilib.

Nazirlik həmçinin cari ilin doqquz ayında icmal büdcənin gəlirlərinin ötən illə müqayisədə 7,1 faiz çox olduğunu açıqlayıb:

“Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 25566,7 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1694,3 mln. manat və ya 7,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 17963,6 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 mln. manat çoxdur. İcmal büdcədə 7603,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb”.

Tarix
2019.10.23 / 17:26
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla