Yuxarı

İran Azərbaycan qazını Avropaya təklif etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Azərbaycan qazını Avropaya təklif etdi

İran öz ərazisindən Azərbaycan və Türkmənistan qazını Avropaya nəql edə bilər.

Report.az xəbər verir ki, bu barədə İran Milli Qaz Şirkətinin (NIGC) beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.

"Bizim təklifimiz - Azərbaycan və Türkmənistan qazının İranda qəbulu, daha sonra Türkiyə vasitəsilə Avropaya tranzitidir, çünki bu marşrut qazın Avropaya ixracı üçün ən sərfəli yoldur", - A.Ramazani bildirib.

Onun sözlərinə görə, müvafiq infrastrukturun təşkil olunması hazırlıqları siyasi maneələrin aradan qaldırılmasından sonra başlaya bilər.

Direktor, həmçinin əlavə edib ki, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə sualtı boru kəmərləri ilə Avropaya ixrac planı çox bahalı və sərfəsiz olacaq.

O, vurğulayıb ki, Avropa ölkələri siyasi səbəblərdən İran qazını idxal etmək niyyətində deyil, lakin avropalı deputatlar artıq bu məsələni öyrənirlər.

Qeyd edək ki, Azərbaycan 2012-ci ildə Türkiyə ilə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə müqavilə imzalayıb. Buna əsasən Avropa Türkiyə vasitəsilə Azərbaycan qazını ala biləcək.

Tarix
2015.02.02 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla