Yuxarı

BP gəlirlərinin azaldığını etiraf etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BP gəlirlərinin azaldığını etiraf etdi

BP-nin 2014-cü ilin IV rübündə mənfəəti 2,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,43% azdır.

Report xəbər verir ki, bu barədə qurumun 2014-cü ilin yekunları ilə əlaqədar bu gün yaydığı press-relizdə qeyd edilib.

Hesabata görə, BP-nin 2013-cü ildəki ümumi mənfəəti 13,4 mlrd. dollar olduğu halda, ötən il bu rəqəm 9,7% yaxud 1,3 mlrd. dollar azalaraq 12,1 mlrd. dollar olub.

Ötən il ərzində BP 3,6 mlrd. dollar civarında vergi ödəyib və yalnız IV rübdə 969 mln. dollar məbləğində maliyyə itkisi ilə üzləşib.

İcraçı direktor Bob Dadlinin (Bob Dudley) sözlərinə görə, onların qarşısında duran əsas vəzifə neftin qiymətinin ucuzlaşması prosesinin BP-yə təsirini sıfıra salmaqdan ibarətdir.

Dünyanın neft nəhəngi həm də səhmlərlə bağlı yeni şərtləri açıqlayıb. B.Dadli hər səhmə görə rüblük 10 sent məbləğində divident veriləcəyini elan edib.

Qeyd edək ki, 2015-ci ildə BP kəşfiyyat xərclərini 20 mlrd. dollara qədər azaltmağı düşünür.

Xatırladaq ki, 2014-cü ildə bu tipli xərclər 24-25 mlrd. dollar planlaşdırılsa da, faktiki olaraq 22,9 mlrd. dollar təşkil edib.

Tarix
2015.02.03 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla