Yuxarı

"Dəmir Yolları"na məxsus hamam hərraca çıxarıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dəmir Yolları"na məxsus hamam hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus hamamı hərraca çıxarıb.

Axar.az xəbər verir ki, Komitə Gəncə şəhərində hərraca çıxarılacaq dövlət müəssisə və obyektinin adını açıqlayıb.

Sahəsi 1159.5 kv.m olan hamam "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamentinin tabeliyindədir. Hamamın ilkin satış qiyməti 51 min 154 manatdır. Start (satış) qiyməti (100%) isə 60 min 181 manat civarındadır.

Hamam üçün tələb edilən beh isə 5 min 115 manat təşkil edir.

Qeyd edək ki, hərrac Gəncə şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən mart ayının 10-u tarixində saat 10:00-da keçiriləcək.

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd və kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin satış qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada verilməsini təsdiq edən bildiriş sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.

Tarix
2015.02.14 / 09:22
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla