Yuxarı

Manatın zəifləməsinin qonşularımıza təsiri

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatın zəifləməsinin qonşularımıza təsiri

Manatın məzənnəsinin zəifləməsi qonşu ölkələrdə, xüsusilə də Rusiyada Azərbaycan məhsullarına tələbatı artıracaq.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyada rublun kəskin devalvasiyası zamanı bu ölkəyə ixrac edilən Azərbaycan məhsullarına daha az tələbat oldu və bir çox tədarükçülər biznesin həcmini azaltmaq və ya digər hesablaşma forması axtarmağa məcbur oldular.

R.Quliyev qeyd edib ki, Azərbaycan uzun illərdir manatın məzənnəsini dollara bağlı saxlayıb və belə tərkibli iqtisadi model cəmiyyət və dövlətin maraqlarını qorumaq üçün lazım olub: "Lakin unutmaq olmaz ki, bütün dünya 2008-ci ildən böhran yaşayır. Bir çox ölkənin iqtisadiyyatı geriləyir, onların iqtisadi göstəriciləri azalır, ümumi milli məhsulu isə ildə cəmi 0,5 faiz artır. Bütün bu illər ərzində Azərbaycan hökuməti ehtiyatları hesabına manatın məzənnəsini sabit səviyyədə saxlayırdı. Biz ildə inflyasiyanın 1,5-2 faizdən çox artmasına imkan vermədik. Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyə, Qırğızıstan və Tacikistan kimi bir çox ölkədə milli valyutanın devalvasiyası baş verdi. Azərbaycanı qlobal iqtisadiyyatdan kənarda nəzərdən keçirmək olmaz".

Manatın məzənnəsinin zəifləməsi inflyasiyaya səbəb olsa da, deputat hesab edir ki, hökumət çox güman, belə şəraitdə inkişaf proqramına malikdir: "Şərtlər dəyişib, heç olmasa, müvəqqəti olaraq dünya iqtisadiyyatında problemlər həll edilənədək yeni dünya iqtisadi proseslərinə uyğunlaşmaq lazımdır. Hökumət baş verən proseslərin əhalinin rifahına çox təsir etməməsi üçün bütün məsələləri nəzərdən keçirəcək".

Tarix
2015.02.23 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla