Yuxarı

Putin sülh üçün yalvarmayacaq – Bədbin proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin sülh üçün yalvarmayacaq – Bədbin proqnoz

Rusiya Prezidenti Vladimir Putin Ər-Riyaddan neft müharibəsinə son qoymaq üçün “sülh” xahiş etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyinin təhlilində qeyd edilib. Bildirilir ki, Rusiya hakimiyyəti Ərəbistanla razılaşmanın pozulması ilə neftin qiymətlərinin kəskin düşəcəyini bilirdi.

“Moskva Ər-Riyadın mövqeyini şantaj sayır və hesab edir ki, hazırkı krizisi Səudiyyədən daha yüngül keçirdə bilər. Putin təzyiq edilməsi mümkün olan şəxs deyil!” - araşdırmada qeyd edilib.

Təhlildə, həmçinin, Kremlin OPEK+ ilə müzakirələrə açıq olduğu, ancaq öz şərtləri daxilində hərəkət edəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiya Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqla bağlı təklifinə qarşı çıxdığı üçün OPEK+ razılaşması pozulub. Bunun ardınca Ərəbistan və bir sıra ərəb ölkələri, o cümlədən Rusiya hasilatı artırıb və nəticədə neft qiymətləri kəskin ucuzlaşıb.

Rusiya hasilatın əvvəlki kimi qalmasında maraqlıdır. Hesab edir ki, hasilatı azaltdıqca bazarda ABŞ-ın payı artır və təsadüfi deyil ki, OPEK+ hasilatı azaltma qərarı verdikdən sonra ABŞ dünyanın ən çox neft ixrac edən ölkəsinə çevrilib.

Qiymətin bu şəkildə düşməsi isə ABŞ-a da təsirsiz ötüşmür. Çünki ABŞ slans neftinin maya dəyəri çox yüksəkdir və hazırkı qiymətlərlə o nefti çıxarmaq rentabelli deyil.

Tarix
2020.03.20 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

Azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır

Onlar bu gündən yeni hüquqi kimlik qazanırlar

Paşinyan Azərbaycanla bu kəndi dəyişmək istəyir

Rusiya təzyiqi artan vaxt Ərdoğanın Paşinyana zəngi...

Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər

Bakıda Hindistanla bağlı konfrans keçirilir

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla