Yuxarı

Fitçdən ABB-nin kapital mövqeyi haqqında müsbət rəy

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fitçdən ABB-nin kapital mövqeyi haqqında müsbət rəy

Fitç (Fitch) Beynəlxalq Reytinq Agentliyi də COVID-19-la bağlı yaranmış iqtisadi qeyri-müəyyənlik və aşağı neft qiymətləri şəraitində Azərbaycan Beynəlxalq Bankının reytinqinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli defolt reytinqini (IDR) Stabil proqnozla qiymətləndirib və Bankın bu reytinqi “B-” səviyyəsində təsdiqlənib.

Axar.az xəbər verir ki, Fitch ekspertlərinin fikrincə, malik olduğu əhəmiyyətli kapital buferi və aşağı risk səviyyəsi Azərbaycan Beynəlxalq Bankına öz reytinqlərini qoruyub saxlamağa imkan yaradır. Ona görə də Bankın reytinqlərinin yaxın gələcəkdə aşağı düşmə ehtimalı yoxdur. Bunu nəzərə alaraq Fitch bankın reytinq proqnozunu Stabil müəyyənləşdirir.

Agentlik ekspertlərinin rəyinə görə, Bankın kredit portfelinin ümumi aktivlərə nisbətdə həcmi (27%) və kreditlərin əsasən az riskli layihələrə ayrılması Azərbaycan Beynəlxalq Bankının aktivlərinin keyfiyyətinin aşağı düşməsi ehtimalını azaldır. Aparılan təhlillər 2016-cı ildən bəri bankın balansının da əhəmiyyətli şəkildə sağlamlaşdığını göstərir.

2020-ci ilin fevral ayının sonuna I dərəcəli kapitalının 33%, kapitalın adekvatlıq əmsalının isə 32% təşkil etməsi Azərbaycan Beynəlxalq Bankı üçün güclü kapital buferləri formalaşdıraraq kapitallaşma riskini də minimallaşdırır. Fitch analitikləri bunu nəzərə alaraq hesab edirlər ki, hətta ən pessimist ssenaridə belə Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyi yenə müəyyən edilmiş normalardan yüksək olacaq.

Fitch-in təhlillərinə görə, əməliyyat mühitinin dəyişməsindən irəli gələrək Bankın maliyyələşməsinə və likvidlik profilinə dərhal təzyiqlərin başlanması gözlənilən deyil. Bu baxımdan, hər hansı neqativ təsirlər qarşısında da bankın likvidliyi kifayət qədər güclü mövqedə qalacaqdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2020.04.07 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla