Yuxarı

Pensiyaları istənilən bankomatdan faizsiz çıxarmaq olar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiyaları istənilən bankomatdan faizsiz çıxarmaq olar

Bildiyiniz kimi, dünəndən etibarən ölkədə pensiyaların verilməsinə başlanıb. Bu səbəbdən də ciddi karantin rejiminin olmasına baxmayaraq, insanlar ATM-lərin qarşısında kütləvi şəkildə toplanır. Bunun qarşısını almaq üçün Kapital Bank-ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştəriləri üçün xüsusi şərtlər tətbiq edilir.

Axar.az xəbər verir ki, "Kapital Bank"ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın ölkə üzrə olan 800-dək bankomatında hər gün müvafiq dezenfeksiya işləri aparılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2020.04.09 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla